Əsas Səhifə > Hadisə > Məşhur rus şərhçi
Məşhur rus şərhçi24-08-2017, 12:00 |
Rusiyanın ən populyar futbol şərhçilərindən biri Vasili Utkin Dağlıq Qarabağı Ermənistan ərazisi sayaraq Azərbaycanı faktiki olaraq təhqir edib. AzerTaym.az milli.az-a istinadən bildirir ki, o, “Qarabağ” klubunun Çempionlar Liqasının qrup mərhələsinə çıxmasından sonra Tvitter-dəki profilində yazıb: “Ümumiyyətlə, Cənubi Qafqazda klubu qonşu ölkədən olan etnomimlə adlandırmaq təki xoş ənənələr var. Qarabağ, Ararat…” “Qonşu” ölkələr dedikdə şərhçi, təbii ki, Ermənistan və Türkiyəni nəzərdə tutub. Yəni V.Utkinin xəstə məntiqinə görə, Azərbaycan “Qarabağ”, Türkiyə də “Ağrıdağ”ı “mənimsəyib”. Geri qayıt |