Əsas Səhifə > Hadisə > Generalın anasının evindən oğurluqda ittiham olunurdu -
Generalın anasının evindən oğurluqda ittiham olunurdu -23-10-2017, 12:06 |
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində gömrük generalı Qambay Əliyevin anası Böyükxanım Əkbərovanın evindən 160 min manatlıq qızıl-zinət əşyaları oğurlamaqda təqsirləndirilən Sədaqət Məmmədova barəsində hökm oxunub. Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Rahib Salmanovun icraatında olan prosesdə S.Məmmədovaya oğurluq ittihamı üzrə bəraət verilib və qızılları onun oğurlamadığı qənaətinə gəlinib. Rəsmi sənədləri zədələmə ittihamı üzrə müddət başa çatdığı üçün cəza təyin edilməyib. Geri qayıt |