Əsas Səhifə > Hadisə > Bərdədəki ANA ÖLÜMÜNƏ görə cinayət
Bərdədəki ANA ÖLÜMÜNƏ görə cinayət20-12-2017, 10:26 |
Bərdə rayonunda baş verən ana ölümü ilə bağlı cinayət işi başlanılıb. Bu barədə Trend-ə Bərdə rayon Prokurorluğundan məlumat verilib. Məlumatda bildirilir ki, baş vermiş ölüm hadisəsi ilə bağlı prokurorluqda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Qeyd edək ki, dekabrın 19-da Bərdə rayonu, Həsənqaya kənd sakini, 1986-cı il təvəllüdlü Əliyeva Könül Kamil qızı Bərdə Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində doğuş zamanı ölüb. Geri qayıt |