Əsas Səhifə > Hadisə > Bakı metrosunda

Bakı metrosunda


31-01-2018, 10:35

13 saylı marşrut üzrə hərəkət edən qatar nasazlıq səbəbindən depoya göndərilib.

Bu barədə  “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.

Onun sözlərinə görə, həmin qatarın yerinə xətdə başqa qatar buraxılıb:

Qatarlararası interval artıb. Həmçinin pik saat olduğundan stansiyalarda sərnişin sıxlığı yaranıb. Bakı Metropoliteni yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyir”.

N.Paşayev deyib ki, hazırda intervalın bərpa edilməsinə çalışılır.

AzerTaym.az


Geri qayıt