Əsas Səhifə > Hadisə, Slayd > Pərviz Həşimli: "Mənə işgəncə verirlər!"
Pərviz Həşimli: "Mənə işgəncə verirlər!"13-12-2013, 11:44 |
Bu gün Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həbs olunmuş jurnalist, hüquq müdafiəçisi Pərviz Həşimlinin məhkəməsi başlayıb. ![]() Əməkdaşımızın məhkəmdən verdiyi xəbərə görə, qolubağlı halda maskalı şəxslər tərəfindən məhkəməyə gətirilən Pərviz Həşimli jurnalistləri görər-görməz qışqırıb: "Mənə işgəncə verirlər!". Bundan sonra MTN işçiləri onu dərhal məhkəmə binasna salıblar. Qeyd edək ki, P. Həşimli sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən həbs edilib. O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama) maddələri ilə ittiham olunur. P.Həşimli iddiaları qəbul etmir. Jurnalist özü və yaxınları bu həbsin siyasi motivli olduğunu bildirir.com musavat.com Geri qayıt |