Əsas Səhifə > Hadisə > “5G” şəbəkəsini dəstəkləyəcək
“5G” şəbəkəsini dəstəkləyəcək10-03-2018, 16:16 |
“5G” mobil rabitə şəbəkəsini dəstəkləyəcək smartfonların hazırlanmasına başlanılıb. Publika.az xəbər verir ki, “Qualcomm” şirkəti hazırda üzərində çalışdığı ən son texnologiyalarla təchiz edilmiş “Snapdragon 855 Fusion” platforması gələcək smartfonların, mobil qurğuların əsasını təşkil edəcək. Sözügedən çip isə yeni yaradılmış “5G” mobil rabitə şəbəkəsini tam şəkildə dəstəkləyəcək. Bu barədə Yaponiyanın “SoftBank” telekommunikasiya media korporasiyasının maliyyə hesabatında məlumat verilib. Məlumatda qeyd olunub ki, “Snapdragon 855 Fusion” platforması üzərində geniş layihələr həyata keçiriləcək. Platformanın əsasını 2 əsas komponent (“Snapdragon X50 5G” mobil modemi və “Snapdragon 855 prosessoru”) təşkil edir.
Geri qayıt |