Əsas Səhifə > Hadisə > Prezidentdən Dövlət Gömrük Komitəsinə
Prezidentdən Dövlət Gömrük Komitəsinə23-04-2018, 20:36 |
Azərbaycan prezidenti İlham Əliyev Dövlət Gömrük Komitəsinə yeni sədr təyinatı haqqında sərəncam imzalayıb. “Qafqazinfo” xəbər verir ki, bu vəzifəyə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı Səfər Məmməd oğlu Mehdiyev təyin edilib. Qeyd edək ki, bundan öncə Dövlət Gömrük Komitəsinin sədri vəzifəsini Aydın Əliyev daşıyırdı. Məlumat üçün bildirək ki, Səfər Mehdiyev 1973-cü il martın 17-də Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm kəndində anadan olub. 1998-ci ildə Türkiyənin EGE Universitetinin Beynəlxalq-iqtisadi əlaqələr fakültəsini bitirib. 2004-2006-cı illərdə Dövlət Gömrük Komitəsinin sədr müavini, 2006-cı ildən bu günə qədər isə birinci müavini vəzifəsini icra edib. Ailəlidir, 2 övladı var. Geri qayıt |