Əsas Səhifə > Hadisə > Bakı Dövlət Universitetində
Bakı Dövlət Universitetində31-07-2018, 12:12 |
Bakı Dövlət Universitetinda yanğın hadisəsi baş verib. Bu barədə hadisə şahidləri BAKU.WS-ə məlumat veriblər. Verilən məlumata görə, hadisə universitet binasının 4-cü mərtəbəsində qeydə alınıb. Hadisə ilə əlaqədar ətraflı Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətilə əlaqə saxladıq. Qurumdan BAKU.WS-ə bildirdilər ki, yanğın səhər saatlarında qeydə alınıb. “Bakı şəhərinin Yasamal rayonu ərazisində yerləşən Bakı Dövlət Universitetinin 1-ci korpusunda kondisionerdə (1 ədəd) tüstülənmə baş verib. Hadisə yerinə yanğın çağırılıb. Yanğının qarşısı alınıb. İlkin ehtimala görə hadisə elektrik qısaqapanması nəticəsində qeydə alınıb. Geri qayıt |