Əsas Səhifə > Hadisə > "RAHAT" marketdə qəribə olay
"RAHAT" marketdə qəribə olay1-09-2018, 10:19 |
Paytaxtda yerləşən "Rahat" market şəbəkələrindən birində gələcəkdən gələn xurmalar satılır. Publika.az xəbər verir ki, əməkdaşlarımızdan biri ötən gün adıçəkilən mağazadan xurma alarkən maraqlı faktla rastlaşıb. Məhsulun üzərində istehsal tarixi 01-09-2018, son istifadə tarixi isə 01-09-2020 olaraq göstərilib. Dünən avqust ayının 30-u olsa da sentyabr ayının 1-də istehsal ediləcək xurmalar artıq satışda idi. Qarşı tərəfin məsələ ilə bağlı mövqeyini dərc etməyə hazırıq. Geri qayıt |