Əsas Səhifə > Hadisə > NƏHAYƏT,BAŞÇI DƏYİŞİKLİYİ
NƏHAYƏT,BAŞÇI DƏYİŞİKLİYİ28-10-2018, 15:59 |
Ölkənin ən səsküylü icra başçılarından olan Ənvər Seyidəliyevlə bağlı yeni xəbərlər daxil olmaqdadır. Rayon rəhbərinin medianın yazdığına görə yaxın müddətdə yola salınacağı ehtimal edilirdi. Daha sonra Ağsu icra başçısının bacısı oğlu eks-nazir Səlim Müslümov işindən azad edilməsi artıq hakim dairələrdə Seyidəliyevin dayaqlarını silkələmişdi. Əhaliyə zülm edərək Ağsunu ailə biznes mərkəzinə çevirən icra başçısı mülkünün sayını hətta itirib. Qazilər şəhid ailələri, aztəminatlı sosial problemdə boğulan dinc əhalini hakim dairələrə qarşı qaldırmaq yönündə sürətlə addımlayan rayon rəhbərliyi sanki bacıoğlunun qisasını alırmış kimi görüntü verməkdə idi. Hətta Səlim Müslümovdan yuxarı dairələrə şikayət ünvanlayan şəxsləri rayon polisi və məhkəmə orqanlarının vasitəsiylə hədə-qorxu gələrək susmağa vadar etməkdən belə çəkinməməkdədirlər. Müslümovlar və Seyidəliyevlərin Ağsu rayonunu tamamilə işğal altında saxlamaları əhali arasında ciddi narazılığın yaranmasına gətirib çıxarmışdı. Sonu görünməyən dəryalarda üzən gəmilər hansı limanda dayanacağı isə sual altındadır. Hətta hakim dairələrdən narazı qalan icra başçısının müxalifət düşərgələrinədə külli miqdarda yardım etməsi ilə bağlı söz söhbətlər durmadan paytaxta qədər gəlib çıxmaqdadır. Geri qayıt |