Əsas Səhifə > Hadisə, Slayd > «Titanik»in bəstəkarı təyyarə qəzasında öldü...
«Titanik»in bəstəkarı təyyarə qəzasında öldü...9-07-2015, 23:57 |
![]() Bu barədə xəbəri «The Hollywood Reporter» yayıb. Qəza James Horner-in sürdüyü kiçik təyyarədə Santa-Barbaranın şimalından 100 km məsafədə baş verib. Qəzanın nədən qaynaqlandığı barədə məlumat verilmir. Köməkçisi 61 yaşlı bəstəkarın ölümünü təsdiqləyib: «Biz böyük ürəkli və inanılmaz istedadlı gözəl bir insanı itirdik». Ştat rəhbərliyi Horner-in adına qeydiyyatda olan təyyarənin yerə çırpıldığını, amma pilotun şəxsiyyətinin hələ dəqiqləşdirilmədiyini açıqlayıb. ![]() Sözlərini Will Jennings-in yazdığı «My Heart Will Go On» mahnısını kanadalı müğənni Celine Dion oxuyub. (azadliq.org) Geri qayıt |