Əsas Səhifə > Hadisə > BAKIDA 20 YAŞLI OĞLAN dostları ilə görüşə gedərkən

BAKIDA 20 YAŞLI OĞLAN dostları ilə görüşə gedərkən


20-12-2018, 07:09

Bakıda gənc oğlan itkin düşüb. Trend-in məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu, Atatürk prospekti, ev 35, mənzil 110-da baş verib.

Həmin ünvanda yaşayan, 1998-ci il təvəllüdlü Ələkbərli Vüqar Tahir oğlu dekabrın 12-də evdən çıxaraq dostları ilə görüşə gedib.

Həmin vaxtdan sonra V.Ələkbərlidən xəbər çıxmayıb.

Faktla bağlı araşdırmalara başlanıb.


Geri qayıt