Əsas Səhifə > Hadisə > İki deputatımıza AŞPA-da YENİ
İki deputatımıza AŞPA-da YENİ25-01-2019, 16:45 |
Azərbaycan Milli Məclisinin iki deputatı Avropa Şurası Parlament Assambleyasında (AŞPA) yeni vəzifəyə seçiliblər. Modern.az-ın məlumatına görə, AŞPA-nın Azad Demokratlar Qrupunun iclasında Azərbaycan nümayəndə heyətinin üzvləri Qənirə Paşayeva və Ülviyyə Ağayeva sözügedən qrupun vitse-prezidentləri seçiliblər. Qənirə Paşayeva və Ülviyyə Ağayevanın Azad Demokratlar Qrupunun vitse-prezidenti postuna namizədliyi qrup tərəfindən yekdilliklə dəstəklənib. Deputatlar bu etimad üçün qrup üzvlərinə təşəkkürlərini bildiriblər və qrupu Assambleyada daha fəal təmsil etməyə çalışacaqlarını qeyd ediblər. Geri qayıt |