Azərbaycan Yazıçılar Birliyinin üzvü, Mikayıl Müşfiq və "Qızıl qələm" mükafatları laureatı, şair Oqtay Rza avqustun 18-də vəfat edib. Bu barədə Yazıçılar Birliyinin mətbuat kativi Xəyal Rza bildirib. Oqtay Rza 1934-cü il noyabrın 2-də Salyan rayonunun Qalalı kəndində anadan olub. Azərbaycan Sənaye İnstitutunu bitirib. Bir sıra şeirlər kitabının müəllifiridir.