Əsas Səhifə > Hadisə > Keçmiş nazir vəfat etdi
Keçmiş nazir vəfat etdi1-09-2019, 23:58 |
Poliqrafiya və Kitab Ticarəti Komitəsinin (Mətbuat və İnformasiya Nazirliyi) sədri işləmiş, içtimai xadim, AYB-nin məsul katibi Nazim İbrahimov vəfat edib.
BakuPost xəbər verir ki, o uzun sürən xəstəlikdən sonar bu gün dünyasını dəyişib. İbrahimov Nazim Sadıq oğlu 1935-ci ilin 1 fevralında Bakıda anadan olub. 1957-ci ildə Azərbaycan Dövlət Universitetini bitirib. İxtisasca geoloq-geofizikdir, elmlər namizədidir.
1975-ci və 1990-cı illərdə - Azərbaycan SSR Ali Sovetinin deputatı, Respublika Ali Sovetinin plan-büdcə komissiyasının sədri olub. Elmi tədqiqatla məşğul olub.
2006-cı ildən Azərbaycan Yazıçılar Birliyinin məsul katibi idi. Geri qayıt |