Əsas Səhifə > Hadisə > Bakı Şəhər Baş Polis İdarəsindən müxalifətə
Bakı Şəhər Baş Polis İdarəsindən müxalifətə15-10-2019, 17:43 |
Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Milli Şuranın Bakıda keçirmək istədiyi icazəsiz mitinqlə bağlı məlumat yayıb. Modern.az-ın məlumatına görə, İdarənin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, qanunvericiliyə uyğun olaraq, paytaxtda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmayan istənilən siyasi aksiyanın, yaxud mitinqin qarşısı qətiyyətlə alınacaq: “Yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkilinin və keçirilməsi qanunla müəyyən edilir. Polis yalnız qanunvericilik çərçivəsində paytaxtda hüquq qaydasının təmin olunmasında üzərinə düşən vəzifələri həyata keçirəcək.” Xatırladaq ki, Milli Şura oktyabrın 19-da Bakıda mitinq keçirəcəyi barədə məlumat yayaraq çağırış edib. Geri qayıt |