Əsas Səhifə > Hadisə > Sumqayıtda gender bərabərliyini tərənnüm edən abidə
Sumqayıtda gender bərabərliyini tərənnüm edən abidə2-11-2019, 15:14 |
Sumqayıt şəhərinin 70 illiyi ilə bağlı bir sıra tədbirlər həyata keçirilir. Yubiley tədbirləri çərçivəsində şəhərin Sülh prospektində "7 Göyərçin" abidəsi qoyulub. Modern üslubda olan heykəl kompazisiyası sülhü, əmin-amanlığı, zəhmətkeşliyi, gender bərabərliyini tərənnüm etdirir. Alova bənzər formada hazırlanmış kompozisiyadakı 7 göyərçin abidənin şəhərin 70 illiyinə həsr olunmasına bir işarədir. Günəş və Ay isə burada yaşayan insanların gecə-gündüz çalışdığını, zəhmətkeşliyini özündə əks etdirir. Abidəni memar Cahid Həsənov hazırlayıb. "AzerTaym.az" Geri qayıt |