Əsas Səhifə > Hadisə > Bakı-Sumqayıt yerüstü metro xətti çəkiləcək? - Rəsmi
Bakı-Sumqayıt yerüstü metro xətti çəkiləcək? - Rəsmi10-12-2019, 09:59 |
“Bakı Metropoiteni”nin hələ keçmiş rəhbərliyi dövründə Bakı ilə Sumqayıt arasında yerüstü metro xəttinin çəkilməsi ideyası ortaya atılmışdı. Bəzi ekspertlər illərdir vətəndaşların əziyyət çəkdiyi Bakı-Sumqayıt yolundakı tıxaca əlac tapmaq, avtomobil sıxlığını aradan qaldırmaq üçün iki şəhər arasında metro xəttinin çəkilməsini təklif edirlər. Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov Modern.az-a bildirib ki, konseptual inkişaf sxemində Xırdalan və Sumqayıt istiqamətlərində metro xəttinin çəkilməsi nəzərdə tutulmayıb. "Məncə, indiki məqamda bu, daha doğru olar. Ən əsası, xətlər ayrılsa, şəhərin ən mühüm nəqliyyat problemi aradan qalxar. Təsəvvür edin, "Koroğlu"ya gələn artıq “Nizami”, yaxud "28 May" və "Neftçilər" istiqamətini seçir. Deməli, "Koroğlu"nun yükü 2 dəfə azalır. Eyni zamanda, hər xətdə ən çoxu 2 dəqiqəlik interval var, xüsusən "Elmlər Akademiyası" sransiyası tərəfdə. Deməli intensivlik də 2 dəfə artır. İki dəqiqədən bir hər tərəfə qatar çıxır. Deməli, sərnişin sayı ən azı 2 dəfə artsa da, problem yaşanmaz. Geri qayıt |