Əsas Səhifə > Hadisə > Azərbaycanda bu qurumda 100 nəfər işdən

Azərbaycanda bu qurumda 100 nəfər işdən


30-12-2019, 00:04

Image result for Qorxmaz Təhməzli

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin 100-ə yaxın əməkdaşı işdən çıxarılıb.
Oxu.az-ın məlumatına görə, bunu agentliyin sədri Qorxmaz Təhməzli jurnalistlərə açıqlamasında bildirib. 
Onun sözlərinə görə, AQTA-da fəaliyyətə başladığı gündən bu vaxta qədər 100-ə yaxın əməkdaş işinin öhdəsindən gəlmədiyinə görə vəzifəsindən azad olunub:
"Neqativ hallarla bağlı agentlik Baş prokurorluğa müraciət edib və üç əməkdaşımızın qeyri-qanuni əməllərdə iştirak etdiyi və əməllərində cinayət tərkibi olduğu aşkarlanıb. Hazırda onlar öz cəzalarını çəkirlər”.
"Bundan sonra da işində nöqsanlara yol verilən şəxslər qanunda nəzərdə tutulmuş qaydada cəzalandırılacaq”, - deyə sədr qeyd edib.
 Image result for Qorxmaz Təhməzli

Geri qayıt