Bu gün Yaponiyanın Saitama şəhərində qarışıq döyüş növləri üzrə RIZIN 20 turniri keçirilir.
"AzerTaym.az" oxu.az-a istinadla xəbər verir ki, azərbaycanlı döyüşçü Tofiq Musayev Qran-pri turnirinin yarımfinalında amerikalı döyüşçü Coni Keysə 1-ci raundda nokautla qalib gəlib.
Qeyd edək ki, bu, Tofiq Musayevin 17-ci qələbəsidir.