
Azərbaycan 81 min 300 nəfəri işsiz kimi müvafiq dövlət orqanlarında qeydiyyata alınıblar. Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlətlərarası Statistika Komitəsinin açıqladığı statistik göstəricilərə istinadən bildirir ki, bu ilin əvvəlinə olan məlumata görə, son bir ildə işsiz kimi qeydiyyata alınan vətəndaşların sayı ən çox Azərbaycanda artıb. 2019-cu il ərzində Azərbaycanda işsiz kimi müvafiq dövlət orqanlarında qeydiyyata alınan şəxslərin sayı 4 dəfədən çox artıb. Azərbaycanla bərabər Qırğızıstanda və Qazaxıstanda da işsizlərin sayı artıb. Son bir ildə Qırğızıstanda işsizlərin sayı 7,4%, Qazaxıstanda isə 6,5% artıb. Birliyə üzv olan ölkələr arasında işsizlərin sayı Ermənistanda 4,5%, Belarusda 29,4%, Moldovada 17,9%, Rusiyada 0,3%, Tacikistanda 1,3%, Ukraynada isə 1% azalıb. qeydə alınıb. Bu ölkədə işsiz kimi qeydə alınan vətəndaşların sayı isə 77 min nəfərə bərabərdir və bu da iqtisadi fəal əhalinin 6%-ni təşkil edir. MDB-yə üzv olan ölkələrdə müvafiq dövlət orqanlarında qeydiyyata alınan işsizlərin sayı belə olub: Rusiya - 691,4 min nəfər Ukrayna -338,2 min nəfər Qazaxıstan - 97,5 min nəfət Azərbaycan - 81,3 min nəfər Qırğızıstan - 76,1 min nəfər Ermənistan - 61,8 min nəfər Tacikistan - 51,1 min nəfər Moldova - 12,2 min nəfər Belarus - 8,8 min nəfər
Geri qayıt
|