Əsas Səhifə > Hadisə > Azərbaycanda daha 6 nəfər koronavirusa yoluxdu

Azərbaycanda daha 6 nəfər koronavirusa yoluxdu


17-03-2020, 23:54

Azərbaycanda altı yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

 Bununla bağlı Nazirlər Kabineti yanında operativ qərargahdan Demokrat.az-a məlumat daxil olub.

 Xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan həmin şəxslər özlərini normal hiss edirlər, səhhətləri stabil qiymətləndirilir.

 Hazırda Azərbaycanda 27 nəfər aktiv koronavirus xəstəsi xüsusi rejimli xəstəxanalarda həkim nəzarəti altındadır, onların müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir.

 Koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma sürətini nəzərə alaraq, vətəndaşlarımızı Ümumdünya Səhiyyə Təşkilatı və Nazirlər Kabineti yanında

 Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməyə çağırırıq.


Geri qayıt