Əsas Səhifə > Hadisə > Ölkədaxili qatarların hərəkəti müvəqqəti
Ölkədaxili qatarların hərəkəti müvəqqəti19-03-2020, 19:38 |
Bayram tətili günlərində bölgələrə səfər etmək istəyən sərnişinlərin müraciət və istəklərini nəzərə alaraq, “Azərbaycan Dəmir Yolları” QSC ölkədaxili bütün istiqamətlərdə qatarların hərəkətini müvəqqəti bərpa edir. QSC-nin Mətbuat Katibliyindən “AzerTaym.az"-a verilən məlumata görə, 19 və 20 mart tarixlərində Bakıdan yola düşən Bakı-Böyük Kəsik, Bakı-Köçərli-Balakən, Bakı-Astara-Horadiz qatarlarına, martın 20-də isə Bakı-Gəncə sürət qatarına bir istiqamətdə bilet satışına başlanılıb.
“Sərnişinlərin nəzərinə çatdırırıq ki, qatarlar martın 20 və 21-də geriyə sərnişinsiz qayıdacaq”, - deyə “Azərbaycan Dəmir Yolları”ndan bildirilib. Geri qayıt |