Əsas Səhifə > Hadisə, Slayd > DYP rəisi jurnalisti məhkəməyə verdi - Xüsusi ittiham
DYP rəisi jurnalisti məhkəməyə verdi - Xüsusi ittiham21-09-2015, 19:39 |
Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin rəisi polkovnik Nuşirəvan Səfərov “AzPolitika.info” saytının rəhbəri Elnur Məhərrəmlini xüsusi ittiham qaydasında məhkəməyə verib. “Qafqazinfo” xəbər verir ki, polis rəisi bu saytın 31 avqust tarixli buraxılışında yayımlanmış “Nuşirəvan və “bayquşlarının” sərgüzəştləri – DYP mafiyası məğlubedilməzdir?!” adlı yazıda təhqir olunduğunu iddia edib və E.Məhərrəmlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını məhkəmədən xahiş edib. İddia ilə bağlı hazırlıq iclası sentyabrın 22-də Bakı şəhəri Xətai Rayon Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə keçiriləcək. E.Məhərrəmli deyib ki, həmin yazıda Nuşirəvan Səfərov sərt tənqid olunub: “Səfərovu qəzəbləndirən yazıda iddia olunub ki, ən yüksək səviyyədə tənqidlərə, xəbərdarlıqlara, hüquqi müstəvidə və KİV-də ifşalara baxmayaraq, DYP-nin işində ciddi dönüşə nail olunması mümkün olmur. DYP-də korrupsiya və rüşvət var”. Geri qayıt |