Əsas Səhifə > Hadisə > Bakıda tələbə qız faciəvi şəkildə ÖLDÜ
Bakıda tələbə qız faciəvi şəkildə ÖLDÜ16-04-2020, 00:19 |
Bakıda tələbə qız eyvandan yıxılaraq vəfat edib. "AzerTaym.az" bildirir ki, hadisə aprelin 15-i səhər saatlarında Bakının Qaradağ rayonunda baş verib. Belə ki, 1999-cu il təvəllüdlü Məhərrəmova Nilgün Tarix qızı ehtiyatsızlıq nəticəsində eyvandan yıxılıb. O, xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib. Qeyd edək ki, Nilgün Məhərrəmova Bakı şəhəri 6 nömrəli məktəbin məzunu olub. O, Bakı Ali Neft Məktəbinin 3-cü kurs tələbəsi idi. N.Məhərrəmova 682 balla tələbə adını qazanmışdı. Geri qayıt |