Əsas Səhifə > Hadisə > Ermənilər AĞDAMda tankları və topları işə saldı
Ermənilər AĞDAMda tankları və topları işə saldı8-06-2020, 14:13 |
Ermənistan Azərbaycanın işğal altındakı torpaqlarında irimiqyaslı hərbi təlimlərə start verib. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Ağdamın Şahbulaq ərazisində keçirilən təlimlərə tank batalyonu, artilleriya batareyası və minə qədər hərbi qulluqçu cəlb olunub. Taktiki təlimlər müdafiə və əks-hücum ssenariləri əsasında aparılıb.
Geri qayıt |