Əsas Səhifə > Hadisə > BAKIDA İŞ ADAMI VƏ BİR HƏKİM KORONAVİRUSDAN ÖLDÜ
BAKIDA İŞ ADAMI VƏ BİR HƏKİM KORONAVİRUSDAN ÖLDÜ12-06-2020, 12:20 |
Azərbaycanda daha bir gənc koronavirusdan ölüb. Musavat.com xəbər verir ki, bu barədə onun yaxın qohumları sosial şəbəkədə məlumat veriblər. Bakıda mebel şirkətlərinin birinin direktoru olan 1986-cı il təvəllüdlü Fərid Əliyev koronavirus xəstəliyindən vəfat etdiyi bildirilir. Evdə özünü müalicə etməyə çalışan F.Əliyev nəfəs çatışmazlığından vəfat edib. Qohumları qeyd ediblər ki, F.Əliyevdə son günlər yüksək temperatur, öskürək və boğulmalar olub.
![]()
Azərbaycanda daha bir həkim də koronavirus səbəbindən dünyasını dəyişib. Unikal.org xəbər verir ki, bu barədə endokrinoloq Yeganə Muradova məlumat verib. O, sosial media hesabında paylaşım edərək, travmatoloq Mehman Hüseynovun koronavirus qurbanı olduğunu bildirib: "Virusa inanmıram deyənlər, biz bu gün tələbə yoldaşımızı, kolleqamızı itirdik. Son ana qədər inanırdıq ki, o, sağalacaq. Allah rəhmət eləsin. Allah ailəsinə səbr versin". Geri qayıt |