Əsas Səhifə > Hadisə > Bu günümüzün QƏHRƏMANları:Virusla mübarizə aparan TİBB İŞÇİLƏRİ
Bu günümüzün QƏHRƏMANları:Virusla mübarizə aparan TİBB İŞÇİLƏRİ14-06-2020, 21:48 |
Bu gün Vətənimizin ön səngərindən biri də “COVID-19” virusu ilə mübarizə aparan xəstəxanalardır. O xəstəxanalar ki, orada tibb işçiləri gecə-gündüz min bir əziyyətə qatlaşıb koronavirusa yoluxmuş insanların həyatını xilas etmək üçün əzmlə çalışırlar.
Onlar bu günümüzün QƏHRƏMANLARIdır...
"AzerTaym.az" modern.az-a istinadən onları sizə tanıtmaqda davam edir...
Mərkəzi Neftçilər Xəstəxanasının koronavirusla mübarizədə gecə-gündüz çalışan tibb personalından bir neçəsini salamlayırıq. Bu xəstəxanada “COVID-19”la mübarizə aparan Elman və Telman Abbasov qardaşları da var. Kiçik tibb işçiləri olan qardaşlar növbə ilə bir-birini əzələyirlər. Çünki burada xəstələri qaldırıb yatırmağa, döşəyini təmizləməyə güclü kişi qolu lazımdır.
Bu mübarizədən az itki ilə çıxmağımız üçün onlar gecə-gündüz bilmədən çalışırlar. Tibb bacıları Xəyalə Abbasova, Nailə Babayeva kimi... Sevinc Hüseynova, Könül Quliyeva, Marina Nəsirova kimi...
Onların arasında elələri var ki, mart ayının 27-dən doğmaları ilə görüşməyiblər. Bu gün mübarizəyə qoşulmaq, ön cəbhədə olmaq istəyənləri də Vətən çağırır!
![]() Tibb işçiləri Elman və Telman Abbasovlar, Xəyalə Abbasova, Nailə Babayeva...
Tibb bacıları Sevinc Hüseynova, Könül Quliyeva, Marina Nəsirova...
![]() Geri qayıt |