Əsas Səhifə > Hadisə > Avropa İttifaqı və ÜST-dən Azərbaycana yardım: 160 min maska
Avropa İttifaqı və ÜST-dən Azərbaycana yardım: 160 min maska23-06-2020, 12:42 |
Avropa İttifaqı və ÜST-nin Avropa üzrə Regional Ofisi Şərq Tərəfdaşlığı ölkələrindəki tibb işçilərini dəstəkləyir. ÜST-ün Azərbaycan nümayəndəliyindən verilən xəbərə görə, layihə çərçivəsində Azərbaycana 10 000 şəffaf maska, 10 000 qoruyucu maska, 8 000 qoruyucu kombinezon, 140 000 respirator maska gətirilib. Bu yardım Şərq Tərəfdaşlığı ölkələrinin COVID-19-a qarşı mübarizəsi üçün Aİ-nin 30 milyon avro dəyərində töhfə verdiyi “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü”nün tərkib hissəsidir. /APA/ Geri qayıt |