Əsas Səhifə > Hadisə > Azərbaycanda keçmiş məmur koronavirusdan vəfat edib
Azərbaycanda keçmiş məmur koronavirusdan vəfat edib27-06-2020, 01:28 |
Laçın Rayon Təhsil Şöbəsinin keçmiş müdiri, Əməkdar müəllim Şahlar Xəlilov koronavirusdan vəfat edib. BAKU.WS report-a xəbər verir ki, o, 72 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Şahlar İsa oğlu Xəlilov 1948-ci ilin aprel ayının 10-da Laçın rayonunun Ərəb kəndində anadan olub. Uzun müddət təhsil sahəsində çalışıb, Laçın Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində işləyib. Prezident İlham Əliyevin 2011-ci ilin oktyabr ayında imzaladığı sərəncam ilə "Əməkdar müəllim" fəxri adına layiq görülüb. Allah rəhmət eləsin!
Geri qayıt |