Əsas Səhifə > Hadisə > “Semaşko”nun koronavirusa yoluxan həkimi ilə bağlı
“Semaşko”nun koronavirusa yoluxan həkimi ilə bağlı14-07-2020, 12:33 |
Bakı Sağlamlıq Mərkəzi COVID-19 infeksiyasına yoluxan və orada müalicəsi davam edən 1 saylı Kliniki Tibbi Mərkəzin reanimatoloqu Kərəm Yabuqovun durumu ilə bağlı məlumat yayıb. Mərkəzdən verilən məlumata görə, həkim iyunun 3-də mərkəzin infeksion xəstəliklər şöbəsinə təngnəfəslik, tənəffüs çatışmazlığı və saturasiyasının aşağı olması göstəriciləri ilə gecə saatlarında qəbul olunub. Bildirilib ki, iyunun 9-dan etibarən xəstənin təngnəfəslik və boğulmalarının artması səbəbi ilə reanimasiya şöbəsinə yerləşdirilib, intubasiya olunub və süni tənəffüs aparatına qoşulub: “Hazırda xəstə süni tənəffüs cihazındadır, müalicəsi davam etdirilir”. /Modern.az Geri qayıt |