Əsas Səhifə > Hadisə > Bu metrostansiyanın ödəmə terminallarından istifadə
Bu metrostansiyanın ödəmə terminallarından istifadə11-08-2020, 12:22 |
11 avqust tarixindən metronun “Gənclik” stansiyasının vestibülü səhər pik saatlarında da ödəmə terminallarından istifadə üçün açıq olacaq. BNA-dan verilən məlumata görə, sərnişinlər saat 06:30-dan saat 12:00-dək “Gənclik” stansiyanın vestibülündəki ödəmə terminallarından istifadə edə biləcək. Bildirilir ki, sərnişinlərdən vestibüllərdə maskadan istifadə etmələrini və sosial məsafəni gözləmələrini xahiş olunur. Tövsiyə edilir ki, “BakıKart”-ın balansını artırmaqla bağlı işlərini planlı qursunlar. Əvvəlcədən tədbirli davranış lüzumsz vaxt itkisinə məruz qalmamaq, eləcə də pandemiya dövründə yolxuma riskini minimuma endirmək baxımından əhəmiyyətlidir. Modern.az Geri qayıt |