Əsas Səhifə > Hadisə > Nazir 43-cü bölmənin rəisini və 4 əməkdaşını İŞDƏN
Nazir 43-cü bölmənin rəisini və 4 əməkdaşını İŞDƏN26-08-2020, 14:09 |
Binəqədi rayon polis idarəsinin 43-cü polis bölməsinin rəisi, polkovnik-leytenant Elşən Tağıyev və bir neçə əməkdaşı işdən çıxarılıb. Unikal.org-un əldə etdiyi məlumata görə, bununla bağlı Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, bölmənin rəis müavini, polis mayoru Ramin Səfərov, əməliyyatçılar Seymur Əliyev, Pərviz Məmmədzadə və Elvin Qafarov işdən çıxarılıb. Xəbəri Binəqədi rayon polis idarəsinin 43-cü polis bölməsindən təsdiqləyiblər. Geri qayıt |