
Xalq artisti Murad Dadaşovun rəhbərlik etdiyi “Xəzər” TV-də bir neçə dəyişiklik baş tutub. "AzerTaym.az" xəbər verir ki, bəzi tanınmış teleaparıcıların kanaldakı fəaliyyətinə son verilib. Onlardan biri Zaur Kamaldır. Zaur bundan sonra “Xəzər”in nəzdində fəaliyyət göstərən “Dalğa” TV-də tamaşaçıların görüşünə gələcək. Mart ayından aparıcısı olduğu veriliş bağlanan prodüser Tarix Əliyev də (Tolik) yeni mövsümdən “Dalğa” TV-də efirə çıxacaq. “Xəzər”in efirindən qaldırılan digər bir layihə isə aşpaz Ağakərim Əbülfəzoğlunun “Anamın yeməyindən yoxdur” proqramıdır. Bu veriliş də “Dalğa” TV-də yayıma başlayacaq. (Qafqazinfo)
Geri qayıt
|