Əsas Səhifə > Hadisə > Ermənilər AzTV-nin maşınını vurdu, sürücü yaralandı

Ermənilər AzTV-nin maşınını vurdu, sürücü yaralandı


14-10-2020, 11:34

Ermənilər AzTV-nin maşınını vurdu, sürücü yaralandı

Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini pozaraq yaşayış məntəqələrini hədəf almaqda davam edir.

“Qafqazinfo” xəbər verir ki, düşmənin atdığı mərmilərdən biri Tərtərdə çəkiliş aparan AzTV-nin əməkdaşlarının olduğu avtomobilin yaxınlığına düşüb.

İlkin məlumata görə, avtomobilin sürücüsü Namiq Qənbərov xəsarət alıb. Maşına isə ciddi ziyan dəyib. 

Tural Hüseynli

 






Geri qayıt