Əsas Səhifə > Hadisə > HHQ-miz Ağdam və Ağdərə istiqamətində düşmənin 3 tankını və dayaq
HHQ-miz Ağdam və Ağdərə istiqamətində düşmənin 3 tankını və dayaq24-10-2020, 19:03 |
Azərbaycan HHQ-si düşmənin hərbi texnikası və infrastrukturunu məhv edib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, bu gün saat 13:00-dan 15:00-dək Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) döyüş aviasiyası cəbhənin Ağdərə və Ağdam istiqamətlərində Ermənistan silahlı qüvvələrinin 3 tankı, 2 sığınacağı və bölüyün 4 dayaq məntəqəsini dəqiq aviasiya zərbələri ilə məhv edib. Azərbaycan HHQ-si düşmənin hərbi infrastrukturuna hava zərbələri endirməyə davam edir. "AzerTaym.az"Geri qayıt |