Əsas Səhifə > Hadisə > Paşinyanın selfi çəkdirdiyi hərbi texnikalar bir-bir məhv edilir
Paşinyanın selfi çəkdirdiyi hərbi texnikalar bir-bir məhv edilir25-10-2020, 13:38 |
Ermənistan Baş naziri Nikol Paşinyanın selfi çəkdirdiyi hərbi texnikalar ordumuz tərəfindən məhv edilir.
Daha öncə Ermənistanın ötən ilin dekabrında Rusiyadan sifariş verdiyi "Tor-M2KM” zenit-raket kompleksinin Azərbaycan ordusu tərəfindən məhv edildiyi xəbərini vermişdik.
Dünən isə cəbhənin Qubadlı istiqamətində Ermənistan hərbi hava qüvvələrinə məxsus döyüş təyyarəsi Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən məhv edilib.
![]() Qeyd edək ki, rəsmi məlumatlara əsasən, dünən gecə isə cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, eləcə də iki tank, iki PDM, dörd D-30 haubitsa topu, bir 2A36 "Qiasint-B” topu, yeddi ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.
![]() Mənbə: Trend.az
Geri qayıt |