Əsas Səhifə > Hadisə > Novruzda əfv gözlənilir - Komissiya bu gün toplandı
Novruzda əfv gözlənilir - Komissiya bu gün toplandı16-02-2021, 13:01 |
Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək. "AzerTaym.az" Report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı, komissiyanın üzvü Fazil Mustafa deyib. O bildirib ki, toplantı videokonfrans formatında keçiriləcək: “İclasda komissiyaya daxil olan müraciətlərə baxılacaq”. “Komissiya indi toplanıb müraciətlərə baxırsa, demək Novruz bayramı ərəfəsində ölkə Prezidenti tərəfindən əfv sərəncamının imzalanması mümkündür”,- F.Mustafa vurğulayıb. Geri qayıt |