Əsas Səhifə > Hadisə > Media təmsilçiləri mina təmizləmə işi ilə tanış olublar
Media təmsilçiləri mina təmizləmə işi ilə tanış olublar13-03-2021, 15:06 |
Prezident Administrasiyasının təşkilatçılığı ilə KİV nümayəndələrinin Ağdam səfəri davam edir. "AzerTaym.az" bildirir ki, səfər çərçivəsində media təmsilçiləri mina təmizləmə işi ilə tanış edilib. Bu zaman ANAMA Operativ Qərargahın rəisi İdris İsmayılov daha 3 ədəd tank əleyhinə minanın zərərsizləşdirildiyini diqqətə çatdırıb: “Biz Bərdə-Ağdam dəmiryolu xəttindən ötən gün ərzində aşkar olunmuş 3 ədəd tank əleyhinə TM-62M minasının zərərsizləşdirməsini həyata keçirdik. Hazırda sahədə daha bir ədəd tank əleyhinə və 3 ədəd piyada əleyhinə mina aşkar edilib, növbəti iş günlərində onların zərərsizləşdirilməsi baş tutacaq”. Geri qayıt |