Əsas Səhifə > Hadisə > Bakı-Sabirabad-Xanlıq-Gorus-Naxçıvan-Iğdır avtomobil yolu dekabrda

Bakı-Sabirabad-Xanlıq-Gorus-Naxçıvan-Iğdır avtomobil yolu dekabrda


1-05-2021, 21:00

Bakı-Sabirabad-Xanlıq-Gorus-Naxçıvan-Iğdır avtomobil yolu dekabrda açılacaq - İDDİA

Ermənistan əsilli qazaxıstanlı politoloq Andranik Ovannisyan sensasion açıqlama ilə çıxış edib.

 "AzerTaym.az" bildirir ki, politoloq Bakı-Sabirabad-Xanlıq-Gorus-Əngələvit-Naxçıvan-Iğdır avtomobil yolunun açılacağını söyləyib.

Onun sözlərinə görə, baş nazir Nikol Paşinyan Kazanda aprelin 29-30-u Azərbaycan nümayəndə heyəti ilə aparılan danışıqlar zamanı Zəngəzurdan keçəcək yolun açılmasına razılıq verib.

Yolun 2021-ci ilin dekabrında istifadəyə verilməsi gözlənilir./Modern.az


Geri qayıt