Əsas Səhifə > Hadisə > Bakı metrosunda QORXULU ANLAR: Sərnişin qatar yoluna

Bakı metrosunda QORXULU ANLAR: Sərnişin qatar yoluna


15-07-2021, 23:53

Bakı metrosunda qorxulu anlar: Sərnişin qatar yoluna düşdü

Metronun "Ulduz" stansiyasında gənc oğlan stansiya yoluna düşüb.

Yenisabah.az xəbər verir ki, hadisə saat 19.06-da olub.

Bu barədə "Bakı Metropoliteni"nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, Həzi Aslanov - Dərnəgül stansiyaları istiqamətində hərəkət edən qatar stansiyaya daxil olduğu zaman 22 yaşlı Şahlar Həsənovun stansiya yoluna düşdüyü məlum olub, qatar dayanıb.

Mətbuat katibi bildirib ki, gənc oğlan stansiya yolundan çıxarılıb. Sağlıq durumu ilə bağlı əlavə məlumat veriləcək.

İlkin məlumata görə hadisə 22 yaşlı oğlanın özünü pis hiss etməsinə görə baş verib.

Hadisə ilə bağlı araşdırma aparılır.


Geri qayıt