Əsas Səhifə > Hadisə > AzTU-ya yeni prorektor təyin olundu

AzTU-ya yeni prorektor təyin olundu


16-07-2021, 17:37

 Nazir AzTU-ya yeni prorektor TƏYİN ETDİ - FOTO | Kanals.az

Azərbaycan Texniki Universitetində (AzTU) Maliyyə-təsərrüfat işləri üzrə prorektor vəzifəsinə təyinat olub.

 "AzerTaym.az" bildirir ki, təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən, vəzifə Rəşad Kazımova həvalə olunub.

Qeyd edək ki, Rəşad Kazımov 1993-1997-ci illərdə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu (indiki Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası) beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr, 1997-1999-cu illərdə isə dünya siyasi prosesləri və beynəlxalq əlaqələr nəzəriyyəsi ixtisasi üzrə magistr pilləsini bitirib. 

 

2003-2006-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin aspiranturasında təhsil alıb. İqtisad üzrə fəlsəfə doktorudur. Rəşad Kazımov hazırkı təyinatına kimi AzTU-nun “İqtisadiyyat və təminat” şöbəsinin müdiri vəzifəsində işləyib.

 

  

 

 AzTU-ya yeni prorektor təyin olundu - Şəkil » Manevr.az


Geri qayıt