Əsas Səhifə > Hadisə > BİABIRÇILIQ: Bakıda şəhidin hesabındakı PUL
BİABIRÇILIQ: Bakıda şəhidin hesabındakı PUL27-07-2021, 16:23 |
Vətən Müharibəsinin şəhidi Kənan Siyavuş oğlu Qafarovun hesabındakı pul oğurlanıb. "AzerTaym.az" yenisabah.az-a istinadən xəbər verir ki, bu barədə şəhidin anası Şəfaqət Qafarova hüquq-mühafizə orqanlarına müraciət edib. Bildirib ki, oğlunun adına olan kartdan 3960 manat pul çıxarılaraq oğurlanıb. Şəhidin hesabı Beynəlxalq Bankda olub. Oğurluq isə bankın Naxçivanı küçəsi 15-də yerləşən bankamatında baş verib. Məlumata görə, iş araşdırılması üçün Yasamal Rayon Polis İdarəsinə göndərilib. Qeyd edək ki, 1996-cı il təvəllüdlü Azərbaycan Ordusunun əsgəri olan Kənan Qafarov 8 oktyabr 2020-ci ildə şəhid olub. Göyçay rayonunda dəfn olunub. İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kənan Qafarov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. (bakupost) Geri qayıt |