Əsas Səhifə > Hadisə > Xankəndidə nə baş verir?

Xankəndidə nə baş verir?


9-08-2021, 09:39

Xankəndidə nə baş verir? - Şəhər susuz qaldı

Avqustun 8-də səhər saatlarında Qarabağdakı rus sülhməramlılarının nəzarət zonasındakı separatçı qüvvələr Xankəndi şəhərinin erməni əhalisinə şəhərdəki içməli su problemi ilə bağlı müraciət ediblər.

  Ermənistan KİV-ləri xəbvər verir ki, Xankəndidə minlərlə insan içməli sudan məhrumdur:

"Şəhər "meriyası" şəhərin aşağı ərazilərində yaşayan və içməli suyu olan vətəndaşlardan həmin sudan qənaətlə istifadə etmələrini xahiş edir", - müraciətdə deyilir.

Xatırladaq ki, Azərbaycan ordusu tərəfindən azad edilən Şuşa şəhərindən geri çəkilmədən öncə separatçı qüvvələr şəhərin su təchizatı sistemini sıradan çıxarıb./Modern.az


Geri qayıt