Əsas Səhifə > Hadisə > Rövşən Lənkəranskinin “sağ əli“ azadlığa çıxdı
Rövşən Lənkəranskinin “sağ əli“ azadlığa çıxdı7-09-2021, 15:42 |
Azərbaycanlı qanuni oğru “Rufo Gəncinski” ləqəbli Ülfət Tağıyev Rusiyada 8 illik həbsdən sonra azadlığa çıxıb. Rufo 2013-cü ildə Rusiyaya qanunsuz daxil olduqdan sonra saxlanılıb. Kriminal aləm üzvü olmaqda ittiham edilərək 8 il müddətinə azadlıqdan məhrum edilib. Məlumata görə, dünən Rusiyadakı həbsxanada cəzasını tam çəkərək azadlığa çıxan “Rufo Gəncsinki” əvvəlcə Ukraynaya, oradan isə Dubaya gedib. Mərhum qanuni oğru Rövşən Lənkəranskinin sağ əli olan “Rufo Gəncinski”nin yaxın həftələrdə oğru aləmində hərəkətə keçəcəyi ilə bağlı məlumatlar yayılır. /Yenisabah.az ![]() Geri qayıt |