Əsas Səhifə > Hadisə > MƏKTƏBLƏRDƏ YOLUXMA KƏSKİN ARTIB - Dərslər tam dayanacaq?

MƏKTƏBLƏRDƏ YOLUXMA KƏSKİN ARTIB - Dərslər tam dayanacaq?


24-10-2021, 21:27

MƏKTƏBLƏRDƏ YOLUXMA KƏSKİN ARTIB - Dərslər tam dayanacaq? + VİDEO

 Paytaxt Bakı ilə yanaşı, bölgələrdə də orta məktəblərdə koronavirusa yoluxma sayı artıb. Oğuzun bayan kənd məktəbi dünəndən etibarən fəaliyyətini dayandırıb. Bu vəziyyət Bərdə də yaşanıb. Rayonun 2 məktəbi fəaliyyətini dayandırıb.

Oğuz rayonunun Mehdi Kərimov adına Bayan Kənd tam orta məktəbində 5 müəllim, 21 şagirddə koronavirus xəstəliyi aşkarlanıb. Dünəndən etibarən dərslər disdanst formaya keçirilib. 

Məktəbin direktoru "XəzərXəbər"ə bildirib ki, hazırda təhsil müəssisində dezinfeksiya işləri aparılır.

Eyni mənzərə Bərdə də müşahidə olunur. Rayonda yerləşən 5 saylı tam orta məktəb və Qarağacı kənd tam orta məktəbində ənənəvi dərslər koronavirusa görə 14 günlük dayandırılıb.

Qeyd edək ki, Bərdə şəhər Zərifə Əliyeva adına texniki təmayüllü lisey və Kətəlparaq kənd məktəblərinin hər birinin 4 sinfi, şəhər 6 saylı orta məktəbdə 3 , Mirzəxan Kənd orta məktəbində 1 , Yeni Əyricə kənd orta məktəbində 5 , şəhər 7 saylı orta məktəbdə isə bir sinifdə dərslər müvəqqəti olaraq dayandırıb.

 


Geri qayıt