Əsas Səhifə > Hadisə > Bakıda güclü küləyin AĞIR FƏSADLARI
Bakıda güclü küləyin AĞIR FƏSADLARI11-11-2021, 12:05 |
Bakıda hava şəraiti ilə əlaqədar küləyin fəsadlarından 11 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Bu barədə Musavat.com-a Səhiyyə Nazirliyindən məlumat verilib. Onlardan 5-i kişi, 6-sı qadındır. Xəsarət alanlardan 1-nə yerində yardım edilib, 1-i yardımdan imtina edib, digərləri tibbi yardım göstərilməsi üçün xəstəxanaya çatdırılıblar. *** Musavat.com xəbər verir ki, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından APA-nın sorğusuna cavab olaraq bildirilib ki, üç kişi, dörd qadın müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar tibbi yardım göstərilməsi üçün yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.
Geri qayıt |