Əsas Səhifə > Hadisə > Qapısı qıfıllı Gənclər Evi – milyonların xərcləndiyi binalar nəyə xidmət edir?
Qapısı qıfıllı Gənclər Evi – milyonların xərcləndiyi binalar nəyə xidmət edir?18-12-2021, 00:11 |
Gənclər arasında vətənpərvərlik işinin gücləndirilməsi, onların ahəngdar inkişafı və asudə vaxtının təşkili, gənclərə psixoloji reabilitasiya, hüquqi, informasiya yardımlarının göstərilməsi və onların təşəbbüslərinin dəstəklənməsi məqsədi ilə “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsi yaradılıb. “Burada geniş şəkildə dərnəklər şəbəkəsi olmalıdır. İnsanlar övladlarının musiqi, idman, şahmat və başqa bilgilər əldə eləməsinə can atmalıdırlar. Xarici dillər, dərs evi kursları, peşə yönümlü müəyyən fəaliyyətləri burada öz təsdiqini tapmalıdır. Amma çox təəssüf ki, bunlar yoxdur. Ona görə də Gənclər Evləri bina olaraq gözə dəyir, amma faktiki olaraq mövcudluğunun gənclərə ciddi bir aidiyyəti yoxdur. Eyni zamanda gənclərin də böyük əksəriyyəti çayxanada, orada-burada qəlyan çəkir, domino, nərd oynayırlar. Bu təkcə gənclərlə bitmir, ağsaqqallar da eyni vəziyyətdədir. Çünki ağsaqqal üçün də yer xüsusi bir yer yoxdur. Bütün parklarda 50 stol düzülüb, hamısının arxasında işsiz-gücsüz başı papaqlı kişilərdir ki, domino oynayırlar. Bu da onu göstərir ki, biz insanları faydalı bir məşğulluğa cəlb edə bilməmişik. Ona görə də cəmiyyəti canlandırma yollarını tapmalıyıq. Bununla bağlı bir şərait yaradılmasa, nə qədər bina tikilsə də içi boş qalacaq”. F. Musatafa bildirib ki, bizdə nəyinki Gənclər Evləri, hətta olimpiya kompleksləri də boş qalıb: Millət vəkili Razi Nurullayevin fikrincə, Gənclər Evləri plansız , proqramsız, prioritetlər müəyyənləşdirilmədən inşa olunub: “Bəzi Gənclər Evlərində heç olmasa 40-50% fəaliyyət var, eləsi də var ki, 100% fəaliyyətsizdir. Çünki bizdə hər bir şey şou və moda üçün yaradılır. Gənclər Evi tikdilər, daha sonra qapısına da kilid vurublar. Çünki Gənclər Evləri plansız , proqramsız, prioritetlər müəyyənləşdirilmədən tikilib. Bir çox Gənclər Evləri dövlətin büdcəsi ilə tikilməyib və bir çoxları heç Gənclər və İdman Nazirliyinin tabeliyinə də verilməyib . Hər hansı bir iş adamına onu tikdiriblər, açılışı olub və sonradan iş adamı onu özünün istədiyi formada istifadə etməyə başlayıb. Təbii haqqıdır, çünki onun mülküdür, bura pul qoyubsa, bu pulu çıxarmalıdır. Əslində, o Gənclər Evinin qarşısında yüzlərlə gənc olmalı, ən azı 10-15 müasir peşə üzrə təlim-tədris keçirilməli, yarışlar təşkil olunmalıdır. Dil, kompüter kursları və müxtəlif istiqamətdə dərnəklər olmalıdır. Əlavə olaraq gənclərin asudə vaxtının yaradılması üçün orada poeziya gecələri, şairlər, jurnalistlər, yazıçılar üçün guşələr yaradılmalı və onlarla görüşlər təşkil oluna bilərdi. Yəni gənclərimiz Gənclər Evində asudə vaxtını peşə, dil öyrənməyə, ən azından karyerasını artırmağa, yaxud Azərbaycanda olan müxtəlif resurslara çıxış əldə etməlidir. Amma bu gün Gənclər Evində gənclərlə bağlı heç bir iş aparılmayıb. Gənclər Evləri gözdən pərdə asmaq üçün idi ki, yəni bizim rayonda da Gənclər Evləri açıldı. Cənab Prezidentin qabağına bir statistika qoyuldu ki, onların döşünə medal taxsınlar”. “Gənclər Evlərinin işinə, fəaliyyətinə, onların proqramlarına əsas nəzarət Gənclər və İdman Nazirliyi Tərəfindən həyata keçirilir. Konkret elə hallar olarsa, mütləq şəkildə Gənclər və İdman Nazirliyinə bildirilməlidir. Ümumiyyətlə, Prezidentin bununla bağlı bir bildirişi olmuşdu ki, “ Gənclər Evləri, Olimpiya Kompleksləri, bu kimi binalardan bəzi hallarda səmərəli istifadə olunmur, hətta bağlı qalır”. Ona görə yenidən belə hallar varsa, nazirlik regionlarda bu işi canlandırmalıdır. Millət vəkili kimi təmsil etdiyim Gəncə şəhərində fəaliyyət göstərən Gənclər Evində mütəmadi tədbirlər, xidmətlər göstərilir. Yəni, tədbirdən-tədbirə qapı açılmır, daimi işçi heyəti var. Qonşu Göygöl rayonunda olan Gənclər Evində də aktiv fəaliyyət müşahidə edirəm. Amma hansısa bir regionda belə bir problem varsa, təbii ki, həmin Gənclər Evinə mütləq şəkildə monitorinq həyata keçirilməli və konkret addımlar atılmalıdır”. “Gənclər Evində 15 klub və dərnək fəaliyyət göstərir. Biz bütün beynəlxalq təşkilatlar, QHT-lər, universitetlər, kolleclərlə sıx əməkdaşlıq edirik. Gənclərin hamısı məni tanıyır. Çünki bütün gənclərlə özüm şəxsən görüşürəm. İstənilən gənclər gəlib Gənclər Evində asudə vaxtını səmərəli keçirə, özünü inkişaf etdirə bilər. Çünki Gənclər Evinin açılma səbəbi budur ki, gənc potensial kadr kimi böyüsün. Burada bütün dərnək növləri fəaliyyət göstərir ki, bunlar kompüter, xarici dil, mühasibatlıq kursları, musiqi, rəqs, gitara, piano, solo ifa, rəsm, şahmat dərnəkləri, maraq və conversation klubları, elektron kitabxana, internet, beynəlxalq mübadilə səfərləri, yay və qış düşərgələri, maraqlar üzrə tədbirlər, könüllülük xidmətləri, ebru sənəti, stolüstü tenis, də daxil, əlavə olaraq bütün gənclər hansı layihələrlə bağlı gəlirsə biz onlara dəstək veririk”. “Həftə sonları, yəni altıncı və bazar günləri bir sıra tədbir, layihələr həyata keçiririk. Məqsəd isə gənclərin istirahət günlərini səmərəli keçirməsinə şərait yaratmaqdır. Digər günlər isə bizdə rus və ingilis dilində “conversation” yəni danışıq dərsləri olur. Həmçinin asudə vaxtlarını keçirmək üçün free time səyahət klubları fəaliyyət göstərir. Daha sonra asudə vaxtın səmərəli keçirilməsi üçün piano, bilyarddan da istifadə edə bilirlər. Müxtəlif əl işləri ilə işləyən gənclərimiz də var. Mərkəzimizdə psixoloqumuz da fəaliyyət göstərir. Çalışırıq ki, gənclər vaxtlarını daha səmərəli keçirsin”. Goranboy Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Bakupost.az-a bildirib ki, Gənclər Evi tikilib, vakansiya açılıb, amma hələ kadrlar təyin olunmayıb: Geri qayıt |