Əsas Səhifə > Hadisə > Bakıda “Gelandewagen” sürücüsü kasıbları təhqir etdi - DİN hərəkətə keçdi
Bakıda “Gelandewagen” sürücüsü kasıbları təhqir etdi - DİN hərəkətə keçdi11-01-2022, 23:19 |
Daxili İşlər Nazirliyi (DIN) Bakıda aztəminatlı ailələri təhqir edərək küçədə yüksək sürətlə hərəkət edən “Gallendvagen” sürücüsü ilə bağlı araşdırmalara başlayıb. xəbər verir bu barədə nazirliyin mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev deyib. O bildirib ki, hazırda həmin avtomobilin müəyyən edilərək saxlanılması ilə bağlı araşdırmalar aparılır. Araşdırmalardan sonra sürücü barədə qanunamüvafiq qaydada tədbir görüləcək. *** 16:58 Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Belə ki, sürətlə avtomobil idarə edən şəxs ətrafdakılara təhqiredici ifadələr işlədib: “Çəkil, yetim kasıb, bədbəxt, səhər yeməyi yeməyib günorta yeməyinə duran adamlar. Dağılışın!”. Görüntülərdə həmin şəxsin təhlükəsizlik kəmərindən istifadə etmədiyi və avtomobili yüksək sürətlə idarə etdiyi aydın görünür. Həmin görüntüləri təqdim edirik: /oxu.az/
Geri qayıt |