Əsas Səhifə > Hadisə > Türkiyədən Azərbaycana 259 minlik brilyant daşlar gizli yolla
Türkiyədən Azərbaycana 259 minlik brilyant daşlar gizli yolla20-02-2022, 18:50 |
Türkiyədən Azərbaycana gizli yolla brilyant gətirən Rüstəm İbrahimovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. Araşdırmalar zamanı məlum olub ki, Rüstəm həmin brilyant daşları həm özü, həm də tanışının adına sifariş verdiyi geyim əşyalarının arasında gizlədibmiş. Musavat.com xəbər verir ki, Rüstəm İbrahimov uzun müddət Bakıda qızıl alışı və satışı ilə məşğul olub. Sonra tanış olduğu Dior adlı şəxslə belə bir plan qurublar. Özbəkistan vətəndaşı olan Dior Rüstəmin müştərisi olub və uzun müddət ondan alış-veriş edib. Rüstəmin ifadəsindən məlum olub ki, pandemiya ilə əlaqədar işlər zəifləyəndə Diorun da ona borcu yaranıb. Buna görə də Dior 20 min dollarlıq borcuna görə ona brilyant göndərməyə razılaşıb.
Araşdırmalar zamanı Rüstəmin bu əməli Cəmillə yox Dior adlı şəxslə törətdiyi müəyyən edilib və ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (Qaçaqmalçılıq; qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Dövlət Gömrük Komitəsi mülki iddia qaldıraraq qeyd edilən brilyantın ölkəyə gətirilməsinə görə ödənilməli olan məbləğ təqsirləndirilən şəxsdən tutulmalıdır. Məhkəmə 33445 manatlıq mülki iddianı təmin edib. Həmin məbləğ Rüstəm İbrahimovdan tutularaq Dövlət Gömrük Komitəsi vasitəsi ilə dövlət büdcəsinə ödənilməlidir. Məhkəmənin qərarına əsasən qeyd edilən məbləğ ödənildikdən sonra brilyant daşlar R.İbrahimova qaytarılmalıdır. Hökmə əsasən R.İbrahimovun himayəsində 3 uşağının olması, əməlindən səmimi peşmançılıq çəkməsi nəzərə alınaraq ona şərti cəza verilib. Geri qayıt |